×
A
A
A
Sazlamalar

Məşhur müğənni Sami Yusif Daşkənddə konsert proqramı ilə çıxış edəcək

Bakı, 10 sentyabr, AZƏRTAC

Dekabrın 8-də Azərbaycan əsilli məşhur müğənni və bəstəkar Sami Yusif konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Daşkənddə “Humo Arena”da reallaşacaq konsert proqramında müğənni ən sevilən mahnılarını ifa edəcək.
Məlumat üçün bildirək ki, Tehranda dünyaya göz açan əslən azərbaycanlı olan Sami Yusifin Bakıda ilk konserti 2006-cı ildə keçirilib.

 

Mədəniyyət 2019-09-10 10:55:00