×
A
A
A
Sazlamalar

“Artım”da moda və incəsənətə həsr olunmuş ustad dərsləri keçirilir

Bakı, 10 sentyabr, AZƏRTAC

“Artım” layihə məkanında gənc modelyer-rəssam Əhməd Nəbiyevin rəhbərliyi ilə “Moda və incəsənət” adlı ustad dərsləri keçirilir.
AZƏRTAC xəbər verir ki, məşğələlər moda sənayesi sahəsində həm nəzəri, həm də praktiki biliklərin çatdırılmasını nəzərdə tutur.
Məşğələlərdə moda sahəsinin xüsusiyyətləri, ixtisasların istiqamətləri və müxtəlifliyi haqqında məlumat veriləcək, dizayner ixtisası təhlil olunur. Bütün məşğələlərdə iştirak edənlərə sonda sertifikatlar təqdim olunacaq. Sentyabrın 27-dək davam edəcək dərslər yerli brend olan MMMDN-nin təsisçisi Fidan Sadıqla birlikdə keçirilir.

İncəsənət 2019-09-10 10:01:00