×
A
A
A
Sazlamalar

Bu gün Aşura qeyd olunur

Bakı, 10 sentyabr, AZƏRTAC 

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şuranın fətvasında hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-nin Miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura gününün isə sentyabrın 10-na təsadüf etdiyi bildirilib.
Sentyabrın 29-da Məhərrəm ayı başa çatır və Səfər ayı başlayır. Səfər ayı isə oktyabrın 29-da başa çatır.
Qeyd edək ki, Aşura günü paytaxt və bölgə məscidlərində qanvermə aksiyası keçiriləcək.

Din 2019-09-10 07:00:00