×
A
A
A
Sazlamalar

Naxçıvanda əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub

Naxçıvan, 10 sentyabr, AZƏRTAC

Ötən həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərin tarixi yerlərə və muzeylərə gəzintisi təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nümunəvi xidmətlərinə görə fərqlənən əsgərlər Heydər Əliyev və Dövlət Bayrağı Muzeylərinə baş çəkiblər.
Tarixi eksponatlarla yaxından tanış olan əsgərlərimiz Ulu Öndərimizə, bayrağımıza, dövlətimizə, dövlətçiliyimizə olan sonsuz sevgilərini ifadə ediblər.

Regionlar 2019-09-10 03:09:00