×
A
A
A
Sazlamalar

Suraxanı və Xətai rayonlarının bəzi küçələrində təbii qaz təchizatı dayandırılacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

Zığ şosesində, “Zığ” marketin yaxınlığında diametri 530 millimetr olan yüksək təzyiqli yeraltı qaz kəmərində qaz sızması aşkarlanıb. Bu sızmanın ləğvi məqsədilə saat 23:00-dan Suraxanı rayonunun Zığ kəndi və Xətai rayonunun Naximov, İnqilab İsmayılov, Mehmandarov və digər bir neçə küçəsində qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, qazın verilişinin bərpası sentyabrın 10-da 11:00 radələrinə planlaşdırılır.

Neft - qaz 2019-09-09 22:10:00