×
A
A
A
Sazlamalar

Cəlilabadda kunq-fu üzrə II Azərbaycan kuboku yarışının qalibləri müəyyənləşib

Cəlilabad, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad Olimpiya İdman Kompleksində kunq-fu idman növü üzrə yeniyetmələr, gənclər və böyüklər arasında "Narkomaniyaya yox deyək!" devizi ilə keçirilən II Azərbaycan kuboku uğrunda yarış başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kunq-fu Federasiyası, Cənub İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən yarışda 16 komandanı təmsil edən 200-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.
Yarışın yekun nəticələrinə əsasən, "Cənub" komandası birinci, "Neftçi" komandası ikinci, "Sarvan" İdman Klubu isə üçüncü yerə layiq görülüb.
Qaliblərə kubok, medal və diplomlar təqdim olunub.

Regionlar 2019-09-09 20:35:00