×
A
A
A
Sazlamalar

Könül Umranova: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Ağdaş, 9 sentyabr, AZƏRTAC

Bu gün güclü iqtisadiyyata, dinamik inkişafa malik Azərbaycanda vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı sərəncamların insanların yaşam tərzinin, maddi durumunun gündən-günə yaxşılaşmasına təsirinin şahidiyik. Dövlət başçısının sərəncamları ilə artıq sentyabrdan icrasına başlanan daha bir sosial paket - minimum əməkhaqqının, müəllimlərin, dövlət qulluqçularının, eləcə də büdcədən maliyyələşən digər kateqoriyalardan olan işçilərin əməkhaqqının artması göstərilən qayğının, diqqətin bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdaş şəhər M.Şeyxzadə adına humanitar texniki təmayüllü gimnaziyanın müəllimi Könül Umranova söyləyib.
K.Umranova deyib: “Mənim üç övladım var. Hər üç övladım Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunan məktəbimizdə - M.Şeyxzadə adına humanitar texniki təmayüllü gimnaziyada təhsil alıb, yüksək balla ölkəmizin müxtəlif təhsil ocaqlarına qəbul olunublar. Təhsildə şəffaflıq, müəllimlərin əməkhaqqının artırılması bizi daha yaxşı işləməyə ruhlandırır. Ölkəmizdə müəllimlərə, təhsilimizə göstərdiyi diqqət və qayğıya görə Prezidentimizə minnətdaram”.

Regionlar 2019-09-09 20:11:00