×
A
A
A
Sazlamalar

Zabrat qəsəbəsinin təbii qaz təchizatı məhdudlaşdırılacaq

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə birləşdirilməsi məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsinin qaz təchizatı dayandırılacaq.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, gün ərzində “Zabrat-2” və Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr olacaq.

Neft - qaz 2019-09-10 10:23:00