×
A
A
A
Sazlamalar

Bir ayda 800 kənd və qəsəbədə mineral gübrələrin güzəştli şərtlərlə satışı təşkil olunacaq

Bakı, 9 sentyabr, AZƏRTAC

“Aqrolizinq” ASC ucqar kənd və qəsəbələrdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bu barədə KİV-ə açıqlamasında qurumun İdarə Heyətinin sədri Elmin Rəhmanov məlumat verib.
Onun sözlərinə görə, ASC bir ay ərzində respublika üzrə 800 kənd və qəsəbədə səyyar satış təşkil etməyi planlaşdırır.

Kənd təsərrüfatı 2019-09-09 19:37:00