×
A
A
A
Sazlamalar

Paytaxtda evlərdən oğurluq edən şəxslər yaxalanıblar

Bakı, 9 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai rayonu ərazisindəki evlərin birindən 500 manat pul, noutbuk, qol saatı və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov Kriminalistik Tədqiqatlar İdarəsi və Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları isə rayon ərazisindəki iki evdən pul və 500 metr elektrik naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Rzayevi yaxalayıblar.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

 

Hadisə 2019-09-09 19:05:00