×
A
A
A
Sazlamalar

“Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzində olub

Bakı, 9 sentyabr, AZƏRTAC

İsmayıllı Peşə Tədris Mərkəzində “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndələri ilə görüş keçirilib.
Peşə Tədris Mərkəzindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın “World Skills International” təşkilatına üzv olması üçün bu qurumun əsasnaməsinə istinadən təyin edilmiş meyarlar müzakirə olunub. Ölkəmizin bu meyarlara qısa zaman ərzində cavab verməsi üçün Koreya, eyni zamanda, təşkilata üzv digər ölkələrin uğurlu təcrübələrinin bölüşülməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Sonra “Koreya İnsan Resurslarının İnkişafı Xidməti”nin nümayəndə heyəti İsmayıllı Peşə Tədris Mərkəzinin aşpaz, dərzi, xalçaçılıq ixtisasının tələbələri üçün yaradılan şəraitlə yaxından tanış olmaq üçün emalatxanalarda, tələbələrin iş yerində öyrənmə proqramları ilə tanışlıq məqsədilə mərkəzin əməkdaşlıq etdiyi işəgötürən müəssisələrdə olub.

Elm və təhsil 2019-09-09 18:42:00