×
A
A
A
Sazlamalar

Quldurluqla məşğul olan şəxs yaxalanıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edən Bakı şəhər sakini L.Abbaszadə sentyabrın 8-də rayonda işlədiyi köşkə girən naməlum şəxsin onu bıçaqla hədələyərək 650 manat pulunu aldığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, quldurluğu törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş V.Məmmədov dərhal başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə Bakı şəhər sakinləri R.Babaşova və Ö.Bağırova hədə-qorxu gəlib onlardan pul almaqda şübhəli bilinən Ağdam rayon sakini K.Baxşıyev yaxalanıb.
Faktlarla bağlı araşdırma aparılır.

Hadisə 2019-09-09 18:41:00