Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qazaxıstandakı Translogistika sərgisində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu müzakirə olunacaq

Almatı, 9 sentyabr, AZƏRTAC

Almatıdakı Atakent Sərgi Mərkəzində 23-cü Qazaxıstan Beynəlxalq “Nəqliyyat və Logistika” Sərgisi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, sentyabrın 18-20 də baş tutacaq sərgidə “Nəqliyyat və Logistika Bazarı” II Beynəlxalq konfrans və dəyirmi masalar keçiriləcək.
“TransLogistica Kazakhstan 2019” nəqliyyat və logistika sahəsindəki problemlərin G2B və B2B formatında dövlət qurumları və müəssisələrin rəhbərləri arasında müzakirə edilən mərkəzləşdirilmiş və effektiv dialoq platformasıdır.
Bu il iştirakçılar nəqliyyat sənayesinin inkişafı: hava yüklərinin potensialı və yol infrastrukturunun yaxşılaşdırılması, konteyner daşımaları bazarındakı əsas tendensiyalar, rəqəmsallaşdırma və normativ bazanın təkmilləşdirilməsi və qanunvericilikdəki problemlərin həlli məsələlərini müzakirə edəcəklər.
“Nəqliyyat və Logistika Bazarı” konfransının əsas mövzuları isə “Avrasiya nəqliyyat sistemlərinin inkişafı sahəsində dövlət siyasəti”, “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Xəzər dənizi üzərindəki logistik körpüdür”, “Konteyner nəqliyyatı tranzit və sənaye logistikasında inkişafının əsas aparıcısıdır” və “Daşınma fond: bazarlar və meyllər, yenilik və tənzimləmə” olacaq.
Konfransda yerli dövlət şirkətlərin və xarici nümayəndələrin, sənaye birlikləri və həmkarlar ittifaqlarının rəhbərləri, nəqliyyat və logistika sahələrin mütəxəssislərinin hesabatları dinləniləcək.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Almatı

Nəqliyyat 2019-09-09 18:31:00