×
A
A
A
Sazlamalar

İtkin düşən Xaçmaz sakini tapılıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Xaçmaz rayon sakini, 25 yaşlı Cavid Səbzəliyev sentyabrın 8-də yaşadığı evdən velosiped sürmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, gəncin gecə saatlarında evə qayıtmamasından narahat olan ailəsi onun tapılması üçün Xaçmaz Rayon Polis Şöbəsinə müraciət edib. Polis şöbəsi tərəfindən itkin düşən oğlanın yaxın rayonlara getməsi ehtimalı nəzərə alınaraq, onun tez bir zamanda tapılması üçün ətraf rayonlarındakı polis şöbələrinə məlumat verilib.
Gecə saatlarında Quba Rayon Polis Şöbəsinə C.Səbzəliyevin itməsi barədə daxil olan məlumatla əlaqədar dərhal polis şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində axtarışlar başlayıb. Polis əməkdaşları gecə saat 3:30 radələrində həmin şəxsin rayonun Qırmızı qəsəbə ərazisində olduğunu müəyyən ediblər. C.Səbzəliyevin ailəsi rayon polis şöbəsinə dəvət olunub və o, ailəsinə təhvil verilib.
Gəncin valideynləri övladlarının tapılaraq, heç bir zərər görmədən onlara təhvil verilməsinə və axşam saatlarında göstərdikləri əvəzolunmaz köməyə görə DİN rəhbərliyinə və polis əməkdaşlarına dərin minnətdarlıqlarını bildiriblər.

Hadisə 2019-09-09 18:13:00