×
A
A
A
Sazlamalar

“Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin növbəti toplantısı olub

Bakı, 9 sentyabr, AZƏRTAC

“Sazlı-sözlü Borçalı” Ədəbi Məclisinin növbəti toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında təşkil edilən tədbirdə şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sədi Yaradanqulu çıxış edərək aşıq yaradıcılığında çox geniş yayılmış janrı olan qoşma barədə məlumat verib.
Daha sonra məclis üzvləri çıxış edərək şeirlərini və qoşmalar səsləndiriblər. Aşıq Toğrul Ayrımelli və aşıq-şairə Ayşə Səyyadqızı “Divani” və “Naxçıvani” havasını sazın müşayiəti ilə ifa ediblər.

 

Mədəniyyət 2019-09-09 18:11:00