Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Nəqliyyat Agentləri” könüllülük proqramı başa çatıb

Bakı, 9 sentyabr, AZƏRTAC

“Nəqliyyat Agentləri” könüllülük proqramı uğurla başa çatıb.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, proqramı müvəffəqiyyətlə bitirən 35 nəfər sertifikatla təltif edilib. Könüllülər 2 aylıq proqram müddətində Bakı Nəqliyyat Agentliyində praktiki bilik və bacarıqlara yiyələniblər.

Nəqliyyat 2019-09-09 17:48:00