×
A
A
A
Sazlamalar

Aşura mərasimləri zamanı fətvanın müddəalarına və ictimai asayiş qaydalarına ciddi riayət olunmalıdır

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi, Sabirabad Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Sabirabad rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Aşura mərasimlərinə həsr olunan tədbir keçirilib.
DQİDK-dan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov Məhərrəm ayının başlanması və Aşura günü ilə əlaqədar QMİ-nin Qazılar Şurasının fətva verdiyini xatırladaraq, Məhərrəmlik mərasimləri zamanı fətvanın müddəalarına ciddi riayət olunmasının, dini mərasimlərin yalnız məscidlərdə keçirilməsinin vacibliyini vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Sabirabad Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Əliabbas Həsənov dövlət-din münasibətləri haqqında məlumat verib, Məhərrəmlik mərasimləri ilə bağlı keçirilən tədbirlərdə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə və ictimai asayiş qaydalarına əməl etməyin zəruriliyini bildiriblər.

Din 2019-09-09 17:46:00