Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Ölkədə 10 ildən çox istifadə olunan avtobusların sayı 7 faiz azalıb

Bakı, 9 sentyabr, Elvin Camalov, AZƏRTAC

Azərbaycanda istifadə müddəti 10 ili ötən avtobusların sayı 7 faiz azalıb.
Bu barədə AZƏRTAC-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova deyib.
O bildirib ki, ötən ilin avqustunda avtobusların 77 faizinin yaşı 10 ildən yuxarı olubsa, bu il onların sayı 70 faizədək azalıb. Növbəti 4 ildə bu faiz daha sürətlə azalacaq və bununla bağlı daşıyıcılar qarşısında tələb qoyulub.
N.Allahyarova qeyd edib ki, 2023-cü ildə respublika üzrə 10 ildən çox istifadə olunan avtobusların sayı 5 faizə endiriləcək.

Nəqliyyat 2019-09-09 17:32:00