×
A
A
A
Sazlamalar

Astarada keçirilən humanitar aksiyada 70-ə yaxın rayon sakini müayinə olunub

Astara, 9 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Astara Rayon İcra Hakimiyyəti və Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə humanitar aksiya keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bakı şəhərindəki Neyrocərrahiyyə Xəstəxanasının həkimi, tibb üzrə fəlsəfə doktoru Rəfael Bayramov Rayon Mərkəzi Xəstəxanasında 70-ə yaxın sakini müayinədən keçirib.
Müayinələr zamanı vəziyyəti ağır olan xəstələrə müalicələrini Bakı şəhərində davam etdirmək tövsiyə olunub.
Rəfael Bayramov, həmçinin rayonun Siyəkü kəndində yataq xəstəsi olan 1943-cü il təvəllüdlü, 12 uşaq anası Saray Əhmədovaya da baş çəkərək onu müayinə edib.
Rayon sakinləri humanitar aksiyanın təşkilatçılarına, ölkəmizdə əhalinin sağlamlığına qayğı göstərən dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Regionlar 2019-09-09 17:30:00