×
A
A
A
Sazlamalar

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dəstənin digər üzvləri də tutulub

Bakı, 9 sentyabr, AZƏRTAC 

Narkotik vasitə ilə tutulmuş E.Mustafayevin, B.Qoradayevin, Z.Dibirovun və N.Dibirovun ətrafında Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların Gərəkli kənd sakini R.Dibirov, Mahamalar kənd sakini S.Malaxov, Y.Malaxov, M.Mehdiyev, R.Muquşov, O.Muquşov, M.Dibirov və E.Nusalovla birgə Zaqatala rayonu ərazisində kultivasiya yolu ilə yetişdirdikləri 130 çətənə kolu, 13,2 kiloqrama yaxın qurudulmamış, 2,6 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat-axtarış tədbirləri ilə R.Muquşov, O.Muquşov və M.Mehdiyev də saxlanılıblar.
Xatırladaq ki, bir neçə gün əvvəl narkotik vasitələrin əkini və onların qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Gərəkli kənd sakini Eldar Mustafayev və tanışı Zahid Dibirov Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. E.Mustafayevin yaşadığı evə baxış keçirilən zaman zirzəmidən bir çantada 886 qram qurudulmuş marixuana, 2 sellofan bükümdə 14,151qram tiryək, eyni zamanda, pnevmatik tapança, bir ədəd tüfəng patronu aşkar edilərək götürülüb. Keçirilmiş tədbirlərin davamı olaraq E.Mustafayev Z.Dibirov və digər 3 nəfər tanışı ilə qabaqcadan əlbir olaraq meşəlik ərazidə qanunsuz olaraq əkib-becərdikləri narkotik tərkibli 339 çətənə bitkisi və həmin bitkilərdən əldə etdikləri 215 qrama yaxın qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Hadisə 2019-09-09 17:06:00