×
A
A
A
Sazlamalar

Ölkəmizdə 32,5 minə yaxın həkim əhalinin sağlamlığı keşiyində dayanır

Bakı, 9 sentyabr, AZƏRTAC

Hazırda ölkəmizin tibb müəssisələrində 32 min 489 nəfər ali təhsilli həkim çalışır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların arasında sayca ən çox terapevtlərdir. Belə ki, 7 min 951 nəfər terapevt əhalinin sağlamlığı keşiyində dayanıb.
Həkim kadrların 3 min 577 nəfərini pediatrlar, 3 min 362 nəfərini cərrahlar, 3 mindən çoxunu stomatoloq-dentistlər təşkil edir. Sonrakı yerlərdə şüa-diaqnostika üzrə olan həkimlər, ginekoloqlar, nevropatoloqlar, gigiyena-epidemioloqlar və oftalmoloqlar gəlir. Sağlamlıq keşikçilərinin 508 nəfəri otolarinqoloq, 510 nəfəri dermato-veneroloq, 321 nəfəri psixiator, 248 nəfəri fitiziator, 101 nəfəri idman-müalicə həkimi, 72 nəfəri narkoloqdur. Həkimlərin 6 min 776 nəfəri digər ixtisas sahibləridir.

Səhiyyə 2019-09-09 16:34:00