×
A
A
A
Sazlamalar

Sabirabadda iki nəfər qarayara xəstəliyinə yoluxub

Bakı, 9 sentyabr, AZƏRTAC

Sabirabad Mərkəzi Rayon Xəstəxanasına (MRX) 2 rayon sakini (34 və 26 yaşlarında kişi) gətirilib. Həkimlər onlara qarayara diaqnozu qoyublar.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hazırda Sabirabad MRX-nin infeksion şöbəsində müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.

Səhiyyə 2019-09-09 16:30:00