×
A
A
A
Sazlamalar

Bərdədə “Qoy həmişə sülh olsun!” adlı tədbir keçirilib

Bərdə, 9 sentyabr, AZƏRTAC

Hər il Beynəlxalq Sülh Günü ərəfəsində - avqustun 21-dən sentyabrın 21-dək respublikamızda “Sülh aylığı” keçirilir. 1981-ci ildən bəri bütün dünyada “Sülh günü” kimi qeyd olunan təqvimin yaranma səbəbi sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması, bəşəriyyətin daim sülh içərisində yaşama arzusudur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Regional Mədəniyyət İdarəsinin Bərdə rayon Heydər Əliyev Mərkəzində “Sülh aylığı” çərçivəsində keçirilən “Qoy həmişə sülh olsun!” adlı tədbirdə səsləndirilib.
Regional idarənin rəis müavini Validə Nabatova qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə olunması istiqamətindəki əvəzsiz xidmətləri dünya xalqları tərəfindən yüksək dəyərləndirilib. Ulu Öndərin sülhsevər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq bildirib ki, dünyanın ən tolerant ölkələrindən olan Azərbaycanda vətəndaşların ən böyük arzu və istəyi sülh və əmin-amanlıq şəraitində yaşamaqdır.
Çıxışlardan sonra məktəblilər sülhə aid şeirlər söyləyiblər.

Regionlar 2019-09-09 16:06:00