×
A
A
A
Sazlamalar

Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi yazarlarının kitablarından ibarət sərgi təşkil olunub

Bakı, 9 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 3 nömrəli filialında Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsi yazarlarının kitablarından ibarət sərgi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi kitabxanada daimi qalacaq və yeni kitablar nəşr olunduqca burada öz əksini tapacaq.
Sərgi ilə bir gündə kitabxanada Azərbaycan Yazıçılar Birliyi Xəzər bölməsinin sədri Arif Buzovnalının rəhbərliyi ilə təşkil olunan şeir məclisində MKS-nin 3 nömrəli filialı da iştirak edib.
Tədbirdə yazarların yeni yazdıqları əsərlər təhlil və müzakirə edilib. Eyni zamanda, 3 nömrəli filialın kollektivi Xəzər bölməsinin yazarlarına müvəffəqiyyətlər arzulayıblar.

Mədəniyyət 2019-09-09 15:26:00