×
A
A
A
Sazlamalar

Göygöl rayonunda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Günay Cəlilifərhadinin yaşadığı evdə bıçaqla qətlə yetirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları dərhal hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçiriblər.
Qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini O.Məmmədov təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Bakıda saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.

Hadisə 2019-09-09 15:19:00