×
A
A
A
Sazlamalar

Keçmiş məhkum Nəsimi rayonu ərazisindən avtomobil qaçırıb

Bakı, 9 sentyabr, AZƏRTAC 

Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini R.Məmmədova məxsus “KIA” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Paşayev nazirliyin Təhlükəsiz Şəhər Xidməti, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Behbudov küçəsində avtomobillə birlikdə saxlanılıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2019-09-09 14:27:00