Füzuli Dövlət Dram Teatrının kollektivi uşaq evinin sakinlərini sevindirib
Füzuli, 9 sentyabr, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı N nömrəli hərbi hissə, Aprel qaziləri və bir qrup xeyriyyəçi şəxsin dəstəyi ilə Şəki şəhər qarışıq tipli uşaq evində “Dünyanın çiçəkləri” adlı şou-proqramla çıxış edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, proqrama daxil olan cizgi filmi personajları və nağıl qəhrəmanlarının maraqlı sərgüzəştləri, aktyorların ifasında uşaqlara həsr olunmuş şeir və mahnılar, rəqslər uşaq evinin sakinlərinin böyük sevincinə səbəb olub. Tədbirdə, həmçinin üç kimsəsiz uşağın doğum günü qeyd edilib.
Sonda uşaqlarla birgə xatirə şəkili çəkdirilib.
Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edəcək