×
A
A
A
Sazlamalar

Bakıya satmaq üçün narkotik vasitələr gətirən şəxs saxlanılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan Astara rayon sakini, əvvəllər məhkum edilmiş Qorxmaz Şahbazovu paytaxt ərazisində saxlayıblar. Onun üzərində şəxsi axtarış aparılan zaman yüksək təsiredici xassəyə malik 72,6 qram heroin və 8,1 qram metamfetamin aşkar olunaraq götürülüb. Q.Şahbazov ifadəsində narkotik vasitələri Astara rayonunda adı istintaqa məlum olmayan şəxsdən əldə etdiyini və satış məqsədilə Bakıya gətirdiyini bildirib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və istintaq əməliyyat tədbirləri davam etdirilir.

Hadisə 2019-09-09 13:46:00