İstintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin 126.2.4-cü və 228.4-cü maddələrinə əsasən təqsirli bilinərək yeddi il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Zərbəliyev Məhəmmədəli Rövşən oğluna xalası oğlu Laçın rayon sakini Fehruzlu Xaliq Natiq oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı “Bismak Moskva” sözləri yazılmış peçenyenin içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə bir ədəd “Nokia” markalı mobil telefon aparatı və bir elektrik qidalandırıcısı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO