Bu gün Beynəlxalq Gözəllik Günüdür
Bakı, 9 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 9-u Beynəlxalq Gözəllik Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Estetika və Kosmetologiya Komitəsi Beynəlxalq Gözəllik Günü elan edilməsi təşəbbüsü ilə çıxış edib. 1995-ci ildən başlayaraq hər il sentyabrın 9-da dünyada insanlara estetik və mənəvi zövq verən nə varsa xüsusi diqqət obyektinə çevrilir. Məhz həmin gün bir sıra ölkələrdə və şəhərlərdə gözəllik müsabiqələri keçirilir.
Həmin müsabiqələrdə iştirak edən zərif cinsin nümayəndələrinin heç də hamısı klassik sayılan 90-60-90 parametrlərinə uyğun olmur. Münsiflər heyəti iştirakçıların zahiri görkəminin mütənasibliyi, bənzərsiz gözəlliyi ilə seçilən xanımlara üstünlük verir.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir