×
A
A
A
Sazlamalar

Xorvatiya parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 9 sentyabr, AZƏRTAC

Azərbaycanda səfərdə olan Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti sentyabrın 9-da Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə tər güllər düzüblər.
AZƏRTAC xəbər verir ki, sonra Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Siyasət 2019-09-09 12:33:00