×
A
A
A
Sazlamalar

“Shaqman” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb

Saatlı, 9 sentyabr, Mahir Babayev, AZƏRTAC

Saatlıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun rayonun Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.
"Shaqman" və "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.

 

Regionlar 2019-09-09 12:25:00