Haaqada təşkil edilən “Səfirliklər festivalı”nda Azərbaycan da təmsil olunub
Bakı, 9 sentyabr, AZƏRTAC
Haaqa şəhərində “Səfirliklər Festivalı” keçirilib.
Ölkəmizin Niderlanddakı Səfirliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda ölkəmiz ayrıca pavilyonla təmsil olunub. Pavilyonda Azərbaycan mətbəxinin ən dadlı təamları və içkiləri ziyarətçilərə nümayiş olunub, Azərbaycan musiqiləri səsləndirilib, eləcə də pavilyon vasitəsilə Azərbaycan mədəniyyəti, incəsənəti və turizmi ilə bağlı ətraflı məlumat verilib.
30 minə yaxın şəxsin ziyarət etdiyi festivalda Azərbaycan pavilyonu xüsusi diqqət çəkib. Ziyarətçilər ölkəmizin istehsalı olan məhsullar və Azərbaycan kulinariya incilərinə olan heyranlıqlarını bildirib və mədəniyyətimizlə daha yaxından tanışlıqda maraqlı olduqlarını ifadə ediblər.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir