×
A
A
A
Sazlamalar

Milli Kitabxanada “İlham Rəhimli-70” adlı kitab sərgisi açılıb

Bakı, 9 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də M.F. Axundov adına Milli Kitabxanada teatrşünas-tənqidçi, jurnalist, Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin anadan olmasının 70 illiyi münasibətilə "İlham Rəhimli-70" adlı geniş kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan sərgidə müəllifin əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı Azərbaycan, rus və digər dillərdə kitab və dövri mətbuat materialları nümayiş olunub.
Sərgi bir həftə davam edəcək.

Mədəniyyət 2019-09-09 11:03:00