Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Bir neçə rayonun təbii qaz təchizatı dayandırılıb

Bakı, 9 sentyabr, AZƏRTAC

Sentyabrın 9-da saat 09:00-dan Qaradağ rayonu, Qobustan qəsəbəsində bir qrup istehlakçının təbii qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində qaz xəttinin mənbəyə birləşdirilməsi işləri icra olunacaq.
Təmir bərpa işlərinin yerinə yetirilməsi ilə əlaqədar isə saat 10:00-dan 16:00-dək Qazax rayonunun bir neçə yaşayış sahəsində qaz təchizatı dayandırılacaq. Saat 10:00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsi də təmir işləri həyata keçirdiyindən Xətai rayonunun bir neçə prospekt və küçələrində qaz fasilələrlə veriləcək.

Neft - qaz 2019-09-09 09:59:00