×
A
A
A
Sazlamalar

“NZS” qəsəbəsinin bəzi küçələrində hərəkət qismən məhdudlaşdırılacaq

Bakı, 9 sentyabr, AZƏRTAC 

Sentyabrın 9-da səhər saatlarından etibarən Xətai rayonu, “NZS” qəsəbəsində 2 kilometr uzunluğa malik Süleyman Əhmədov və Oqtay Vəliyev küçələrində təmir işlərinin aparılmasına başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir işləri ilə əlaqədar sözügedən küçələrdə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ küçələrdən istifadə etmələri tövsiyə olunur.

Tikinti̇ 2019-09-09 10:10:00