Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Manqurt” yenidən nümayiş olunacaq

Bakı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomçusu İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.
Sentyabrın 28-də təqdim ediləcək birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak edəcəklər.

Teatr və kino 2019-09-08 20:35:00