×
A
A
A
Sazlamalar

Sabirabad sakinini elektrik cərəyanı vuraraq öldürüb

Sabirabad, 8 sentyabr, AZƏRTAC

Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Qarağac kəndində qeydə alınıb. Rayon sakini Səfər Səfərov fərdi evində su aparatının mühərrikini təmir edərkən onu elektrik cərəyanı vuraraq öldürüb. Onun 3 övlad atası olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2019-09-08 15:00:00