×
A
A
A
Sazlamalar

8 sentyabr - Dünya Fizioterapiya Günüdür

Bakı, 8 sentyabr, AZƏRTAC 

8 sentyabr - Dünya Fizioterapiya Günüdür. Bu gün fizioterapevtlərə onların insanlara sağlamlıq bəxş etməkdə önəmli rola malik olduqlarını hər kəsə duyurmaq üçün şans verir.
AZƏRTAC xəbər verir ki, Dünya Fizioterapiya Günü Dünya Fiziki Terapiya Konfederasiyası tərəfindən 1996-cı ildə təsis edilib. Bu gün həmin konfederasiyanın 1951-ci ildə yaradıldığı gündür.
Dünya Fizioterapiya Günü bütün fizioterapevtlərin peşə bayramıdır. Hər il həmin peşənin sahibləri məsləklərini gənclər arasında təşviq etmək və hər kəs üçün əhəmiyyətini qəbul etdirmək səbəbi ilə müxtəlif kampaniya və aksiyalar təşkil edirlər.
Fizioterapevtlərin əsas işləri idman zədələrinin sağaldılması ilə əlaqədardır. Lakin onlar cərrahi əməliyyat, bədbəxt hadisələr və qəzalardan sonra reabilitasiya, xroniki ağrılar, nevroloji və tənəffüs pozulmaları kimi müxtəlif vəziyyətlərdə yardım edirlər. Fizioterapevtlər, həmçinin ürək-damar xəstəlikləri, piylənmə, şəkərli diabet və insult xəstəlikləri üçün də vacib, qabaqlayıcı, profilaktik müalicə üsulları tətbiq edirlər.
Dünya Fizioterapiya Günü hər kəsə fizioterapevtlərə “təşəkkür etmək” və onların əməyini dəyərləndirmək fürsəti verir.
Hər il bu təqvimin şüarı “Sağlamlıq üçün hərəkət”dir. Cari ildə Dünya Fizioterapiya Gününün devizi "Xroniki ağrılar" olub.

Səhiyyə 2019-09-08 13:18:00