×
A
A
A
Sazlamalar

Georqi Qaxaria: Gürcüstanın qonşu ölkələrlə əlverişli siyasi, iqtisadi, ticari münasibətlərinin qurulması üçün fəal iş aparılmalıdır

Tbilisi, 8 sentyabr, AZƏRTAC

Gürcüstanın qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə ilə əlverişli siyasi, iqtisadi, ticari münasibətlərinin qurulması üçün olduqca dəqiq və fəal iş aparılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Baş Naziri vəzifəsinə namizəd Qeorqi Qaxaria parlamentin bugünkü iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Gürcüstanın qonşu Türkiyə, Azərbaycan və Ermənistan ilə effektiv, məhsuldar və pozitiv münasibətlər qurması çox vacibdir.
Məlumat üçün qeyd edək ki, hazırda Gürcüstan parlamentində G.Qaxarianın başçılıq edəcəyi hökumətə etimad məsələsi müzakirə olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-09-08 13:05:00