×
A
A
A
Sazlamalar

Bölgələrdə şimşək çaxacaq, arabir yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq

Bakı, 8 sentyabr, AZƏRTAC

Ölkə ərazisində sentyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti təşkil edəcək.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-17° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 22-27° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-6° isti, gündüz 8-13° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən səhər və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq, şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti təşkil edəcək.

 

Ekologiya 2019-09-08 13:00:00