×
A
A
A
Sazlamalar

Şamaxıda iqtisadçıların yay düşərgəsi başa çatıb

Şamaxı, 8 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Şamaxıda təşkil edilən iqtisadçıların yay düşərgəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, düşərgənin ikinci günü "Karyera", "Layihələrin yazılması və idarə olunması", "Şəxsi inkişaf və natiqlik", "Qan qrupu və sən" mövzularında təlimlər keçirilib. Təlimlər ölkənin iqtisadi sahədə peşəkar ekspertləri - Amin Məmmədov, Coşqun Əzimsoy, Sevda Tahirli tərəfindən aparılıb.
Təlimlər çərçivəsində iştirakçıların asudə vaxtlarının səmərəli keçirilməsi üçün meditasiya təşkil olunub.
Qeyd edək ki, yay düşərgəsində 36 gənc iqtisadçı tələbə və ölkənin peşəkar ekspertləri iştirak ediblər.
Sonda iştirakçılara sertifikatlar verilib.

Regionlar 2019-09-08 09:00:00