×
A
A
A
Sazlamalar

Oğurluq etdiyinə görə tutulmuş şəxsin digər cinayət hadisələrini törətməsi də müəyyən edilib

Bakı, 7 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbirləri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluq etdiyinə görə tutulmuş M.Əhmədovun ətrafında Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini T.Kamilovun pulunu və sənədini, həyətyanı sahədən məişət əşyası, avtomobillərdən pul və telefon, habelə təmir-tikinti aləti oğurlaması faktı da müəyyən edilib.
Nəsimi rayon ərazisindəki mağazaların birindən 960 manat pul oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini R.Dadaşzadə və Sabirabad rayon sakini T.Hüseynova Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə R.Dadaşzadənin daha bir avtomobildən 1200 manat pul oğurladığı da müəyyən olunub.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-07 18:19:00