×
A
A
A
Sazlamalar

Binəqədi rayonunda avtomobildə tapança aşkarlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC 

Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında sentyabrın 4-də Binəqədi rayonunda əməliyyat-axtarış tədbiri keçirib.
Abşeron rayon sakini O.Həmzəyevin idarə etdiyi “Volkswagen Jetta” markalı avtomobilə baxış zamanı oradan “TT” markalı tapança aşkarlanaraq götürülüb.

Hadisə 2019-09-07 17:58:00