×
A
A
A
Sazlamalar

Paytaxtda iki nəfərin bank hesabından pul oğurlanıb

Bakı, 7 sentyabr, AZƏRTAC 

Bakı şəhər sakini olan 2 nəfərin bank hesabından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini O.Cəlilov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, O.Cəlilov əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-07 17:42:00