×
A
A
A
Sazlamalar

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bakı, 7 sentyabr, AZƏRTAC 

Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun M.Hadi küçəsində Q.Ramazanovun və O.Süleymanovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. O.Süleymanovun avtomobilində olan həyat yoldaşı Reyhan Süleymanova hadisə yerində ölüb.
Xətai Rayon Polis İdarəsi hadisə ilə bağlı araşdırma aparır.

Hadisə 2019-09-07 17:38:00