×
A
A
A
Sazlamalar

Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanasında əsaslı təmir işləri bu ilin sonunadək yekunlaşacaq

Şəmkir, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bölgələrində əhaliyə göstərilən səhiyyə xidmətinin yüksəldilməsi məqsədilə görülən işlərə uyğun olaraq Səhiyyə Nazirliyinin sifarişi ilə Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası əsaslı təmir olunur.
Şəmkir Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ilin əvvəlindən təmirinə başlanılan tibb müəssisəsində söküntü işləri tam başa çatdırılıb.
Təmir bərpa işlərinin bir qismi yekunlaşıb. 56 çarpayılıq xəstəxana binasının bu ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Yenilənən səhiyyə ocağında əhaliyə günün tələbləri səviyyəsində tibbi xidmət göstərilməsi üçün lazımi şərait yaradılacaq. Xəstəxana binası müasir inventar və avadanlıqla tam təchiz ediləcək.

Regionlar 2019-09-07 17:02:00