×
A
A
A
Sazlamalar

Məhəmmədi kəndinə elektrik enerjisi fasilələrlə veriləcək

Bakı, 7 sentyabr, AZƏRTAC

Abşeron rayonunun bu ərazisinə elektrik enerjisinin verilişində fasilələr olacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, “Bağlar” Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisi olan Məhəmmədi kəndinin bir hissəsini elektrik enerjisi ilə qidalandıran 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyasından çıxan 10 kilovoltluq “Məhəmmədi-1” elektrik verilişi xəttində aparılacaq yenidənqurma işləri ilə əlaqədar sentyabrın 9-da kəndin bəzi ərazilərində istehlakçıların elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranacaq.
ASC yaranmış narahatçılığa görə istehlakçılardan üzr istəyir.

Energetika 2019-09-07 14:40:00