×
A
A
A
Sazlamalar

Lənkəran sakininin evindən üç kiloqram marixuana götürülüb

Bakı, 7 sentyabr, AZƏRTAC 

Narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində daxili işlər orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Səpnəkəran kənd sakini İ.Əkbərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə İ.Əkbərovun evinə baxış zamanı isə 3 kiloqram qurudulmuş marixuana aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-09-07 12:21:00