Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

AZAL Tbilisidən Bakıya gələn sərnişinlərə müraciət edib

Bakı, 7 sentyabr, AZƏRTAC

Gürcüstan hava məkanının məhdudlaşdırılması ilə əlaqədar “J2-224” Tbilisi-Bakı aviareysinin cədvəlinə dəyişiklik edilib.
“Azərbaycan Hava Yolları” QSC-dən AZƏRTAC-a bildirilib ki, sentyabrın 8-də aviareys dəyişdirilmiş cədvələ uyğun həyata keçiriləcək. Belə ki, Tbilisidən yoladüşmə 13:00-da, Bakıya eniş isə 14:10-da olacaq. Bakıdan Tbilisiyə olan “J2-223” saylı aviareysin cədvəli isə dəyişməyib.
Bakıdan yoladüşmə 9:30-da, Tbilisidə eniş isə 10:40-da olacaq.

 

Nəqliyyat 2019-09-07 12:11:00